Mülki dronlardan istifadə qaydaları təsdiqləndi
Qeyd olunan layihə 2015-ci ilin 8 sentyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilib.
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
Qeyd edilən Qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərişi daxil olub (dərkənar № 17/17/3404-26/18/22; 09 dekabr 2016-cı il).
Mülki Aviasiya Administrasiyasından bildirilir ki, sonrakı mərhələdə sözügedən Qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər edilib.
Bu layihə Azərbaycan Respublikasının dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərinin bildirilməsi üçün təqdim olunur (bu layihə Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytının “Hüquqi aktların layihələri” bölməsində yerləşdirilib).
AzVision.az
Teqlər: Mülki-Aviasiya dron