Ermənistan ordusunun itkiləri - 8 ayda 43 hərbçi ölüb
Belə ki, 14 avqustda işğal altında olan Qarabağda döyüş mövqelərində Arman Movsesyan məhv edilib. 17 avqust tarixində isə Xankəndi mərkəzi hərbi hospitalına gətirilən, odlu silah yarasından müalicə olunan müqaviləli hərbi qulluqçu Artak Bişaryan (sonradan məlum oldu ki, baş leytenant olub) ölüb.
Qeyri-döyüş itkilərinə gəlincə 14 avqustda Ermənistanda hərbi hissənin hərbi qulluqçusu Abas Sloyan həyətyanı sahədə özünü asaraq intihar edib. İki gün sonra isə müqaviləli hərbi qulluqçu Vardan Qriqoryan aldığı yanıq xəsarətlərindən ölüb. 20 avqust tarixində isə hərbi hissələrin birində Armen Mkrtçyan odlu silahla özünəqəsd edib. Onu xilas etmək mümkün olmayıb. 1 avqustda Tavuş vilayətinin ön xətt mövqelərindən birində müqaviləli hərbiqulluqçu Armen Nazluxanyan yaralanıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açqılanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan ordu itki Erməni-təxribatı