Prezident "Statoil"-in icraçı vitse-prezidentini qəbul edib

Prezident "Statoil"-in icraçı vitse-prezidentini qəbul edib
  14 Sentyabr 2017    Oxunub:1267
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edildi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti