Milli Məclisin Aqrar komitəsinin iclası keçirilib

  20 Sentyabr 2017    Oxunub : 591
Milli Məclisin Aqrar komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər barədə məlumat verib.

Komitə sədri bildirib ki, Yaz sessiyasında komitə tərəfindən 7 iclas keçirilib.

"Bu iclaslarda 17 məsələ müzakirə olunub, bunlardan 15-i Milli Məclisin plenar iclasına tövsiyə edilib. Milli Məclisin plenar iclasında 14 qanun layihəsinə dəyişiklik qəbul edilib".

E.İbrahimov komitənin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verib və bildirib ki, payız sessiyası da məhsuldar olacaq.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, eləcə də “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə edilib.

Layihələr plenar iclasa tövsiyə olunub.

AzVision.az

Teqlər: Milli-Məclis