İlham Əliyev Trampla görüşdü - FOTO (YENİLƏNİB)

  20 Sentyabr 2017    Oxunub : 29078
İlham Əliyev Trampla görüşdü - FOTO (YENİLƏNİB)

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.

***
(21:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşüb.

AzVision.az xəbər verir ki, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.

Fotodan göründüyü kimi, prezidentlərin görüşündə birinci xanımlar da iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 17-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfərə gediblər.



AzVision.az

Teqlər: İlham-Əliyev   Tramp   Mehriban-Əliyeva