Azərbaycanlı hay "fədain"ləri

Azərbaycanlı hay "fədain"ləri
  23 Sentyabr 2017    Oxunub:5260
Sahib Alıyev

Bu gün bizim hamımızın yaxşı tanıdığımız zatlar yenidən "Məhsul"a gedirlər. Soruşulsa niyə, bunun bir cavabı var - forpostbaşı Serj Səkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışına dəstək vermək üçün. Bu dediklərim kiməsə qərəzli təsir bağışlaya bilər. Ancaq tələsməyin, yazdılqarımala tanış olun, sonra qərar verərsiniz.
Gəlin, öncə forpostbaşının həmin çıxışından başlayaq. Yəqin onunla tanış olanlarınız var. Orada Sərkisyanın əsas məqsədi Dağlıq Qarabağın hay tapdağı altında qalmasına haqq qazandırmaq idi. Bunun üçün də o, iki "arqument" gətirdi. Birincisi bu idi ki, haylar xristian sivilzasiyını təmsil edirlər, bu üzdən də onlara düşmən gözüylə baxan azərbaycanlılarla birgə yaşaya bilməzlər. İkincisi isə Dağlıq Qarabağda guya demokratiya, Azərbaycanda isə diktaturadır. Yəni demokratiya bolluğunda yaşayan haylar burada boğularlar.

Ancaq məsələ burasındadır ki, ölkəmizin multikultural mərkəzlərdən biri olması, sivilizasiyalararası, mədəniyyətlərarası barışdırıcı platforma rolu oynaması beynəlxalq səviyyədə rəsmən təsdiqlənib (BMT baş katibi Antoniu Quterreş cənab İlham Əliyevlə görüşündə də bunu vurğuladı). Yəni bütün etnik qrupların azad və harmoniya içində yaşadığı bir ölkədə milli ayrı-seçkilikdən dəm vurmaq absurddur. Etnik təmizləmə aparan, soyqırımı edən, narkotik qaçqaqmalçılığından tutmuş orqan alverinədək hər cür qaranlıq işlərdə əli olan birilərinin necə "demokratiya" qurduqları da təbii ki, hamıya bəllidir. Amma 90-cı illərin əvvəllərindən ağızlarında şirə qalıb. O vaxt özləri təcavüzkar ola-ola bizi bunda suçlandırmağı bacardıqları kimi indi də ona çalışırlar ki, Azərbaycanda diktatura, Dağlıq Qarabağda isə demokratiya olması haqda möhkəmlənmiş rəy formalaşdırsınlar. Məhz bu rəyə dayanaraq da Serjikin BMT-də etdiyi kimi hay terroruna, işğalına və separatizminə haqq qazandırsınlar.

Yəni Azərbaycanla hərbi qarşıdurmada uduzacaqlarını tam dərk edən, Daqlıq Qarabağla bağlı irəli sürdükləri digər arqumentləri darmadağın olunan haylar gedən informasiya savaşında indi büyün güclərini məhz buna yönəldiblər.

Bunun üçün də birincisi, ən böyük düşmən gözündə gördükləri Azərbaycan Prezidenti cənab İlham Əliyevi diktator kimi təqdim etməyə çalışırlar. Pulla ələ aldıqları siyasətçiləri Dağlıq Qarabağa apararaq oradakı olmayan demokratiyadan dəm vurdurur, Azərbaycana isə qara yaxdırırlar.

İkincisi, Qərbdə ölkəmizlə, Dağlıq Qarabağla bağlı həqiqəti dilə gətirən bütün siyasətçilərə qarşı kampaniya aparır, onları Azərbaycanın satın aldığını bildirir, ləkələyirlər. Ona görə ləkələyirlər ki, digər siyasətçilər baxıb qorxsun, Azərbaycanın maraqlarına cavab verən addımlar atmasınlar.

Üçüncüsü, aparılan savaşda effektli nəticə əldə etmək üçün qərbin aparıcı medialarında çalışanları və bir də nə yazıqlar ki, "azərbaycanlı" adı daşıyanları xüsusi təyinatlı informasiya əsgərlərinə çevirirlər. Həmən "azərbaycanlı"ların bir çoxu Avropada yaşayır və orada "jurnalistlik", əslində isə xidmətində durduqları hayların diliylə desək, onlara "fədain"lik edirlər.

Baxın, Fransa televiziyalarından biri hay sifarişiylə Azərbaycanda diktatura olması haqa material hazırlamışdı. Həmən telekanal məhkəməyə verilən kimi Leyla və Arif Yunus, eyni zamanda da digər onlarabənzərlər orada peyda oldular. Təbii ki, hay sifarişini yerinə yetirənləri dəstəkləmək üçün.

BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışıda dövlət başçımız nəinki forpostbaşı Sərkisyanın bütün arqumentlərini darmadağın etdi, həm də böyük güclərin təmsilçilərinin düz gözlərinin içinə baxaraq onları ikili siyasət yertiməkdə, Azərbaycan torpaqlarının işğal altında qlamasına seyrçi qalmaqda suçlandırdı. Mən fikir verdirdim, hətta sosial şəbəkədə hakimiyyətə tənqidi yanaşan vətəndaşlarımızda belə cənab Prezidentin bu tarixi çıxışı böyük rəğbət doğurduğu halda həmən adını azərbaycanlı qoyub informasiya savaşında haylara "fədain"lik edən antimillilər bununla bağlı yaramaz şərhlər yayır, Sərkisyanın dediklərinə haqq qazandırırdılar.

Bu "azərbaycanlı"lara yanaşmada kollaborasionist sözü aciz qalır. Bayaq da vurguladığımız kimi belələri informasiya cəbhəsində hay işğalşı ordusunun ön sıralarında yer alan "fədain"lərdir. Onlar işğalçıyla əməkdaşlıq etmirlər, haydan çox haylıq edirlər- həqiqət budur.

Belələri ən böyük nifrətə haqq edirlər. Hətta haylardan da çox, Yeri gəlmişkən, mən hay deyərkən, Ermənistandakı hərbi xuntanı və onun işğalçılıq siyasətini dəstəkləyənləri nəzərdə tuturam. Xatırladım ki, Sərkisyan BMT-dəki çıxışında guya Azərbaycan məktəblərində ermənilərə qarşı nifrət aşılandığını da dilə gətirdi. Azərbaycan məktəblərində ermənilərə qarşı nifrət aşılana bilməz. Bizim savaşımız torpaqlarımızı ələ keçirənlər, Xocalı soyqırımını törədənlər, iki yaşlı Zəhra balamız kimi bu gün də günahsız insanlarımızı qətlə yetirənlərlədir. "Mənim oğlum niyə gedib bizim olmayan Dağlıq Qarbağda ölməlidir",-deyən erməni qadın düşmənimiz ola bilməz.

Əvvəldə də dediyim kimi, mən heç şübhə etmirəm ki, bu gün “Məhsul”da təşkil edilən mitinqdə də hay barmağı var. Onlar özləri də bu mitinqi qərb mediasında guya Azərbaycanın amerikalı və avropalı siyasətçiləri ələ almaq üçün gizli fond yaratmasıyla bağlı gedən materiallardan qəzəblənərək hesab sormaq məqsədilə keçirdiklərini deyirlər. Bilindiyi kimi, həmin materiallarda Azərbaycanın pulla satın aldığı bildirilən bir çox avropalı siyasətcilər məhz Dağlıq Qarabağ məsələsində obyektiv mövqe ortaya qoyanlardır. Və əmin ola bilərsiniz ki, "Məhsul”da da muzd qarşılığında həmişə haylara dəstək çıxan və bu yaxınlarda da Dağlıq Qarabağa gedən amerikalı konqresmenlər Frenk Pallone, David Valadao və Tulsi Qebrd kimi yaramazlar yox, məhz onların adları hallandırılacaq. İndi hesabınızı özünüz aparın.



Teqlər:





Xəbər lenti