Çaylardakı mövcud vəziyyət açıqlanıb

Çaylardakı mövcud vəziyyət açıqlanıb
  25 Sentyabr 2017    Oxunub:1093
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 208 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə və Salyanda isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2016-cı il sentyabrın 25-də 453 sm), Şirvanda 191 sm, Salyanda 131 sm (2016-cı il sentyabrın 25-də 298 sm), Bankədə 197 sm (2016-cı il sentyabrın 25-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 25-də 175 sm) təşkil edir.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti