“Qarabağ”-“Roma” oyunu ilə bağlı sürücülərə xəbərdarlıq

“Qarabağ”-“Roma” oyunu ilə bağlı sürücülərə xəbərdarlıq
  25 Sentyabr 2017    Oxunub:3654
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərin və nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
İdarədən AzVision.az-a bildiriblər ki, həmin gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmaları üçün alternativ olaraq metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından həmin arena istiqamətində xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

Buna görə də stadionun ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə edərək gəlmələri xahiş olunur.

AzVision.az


Teqlər: DYP   Sürücü  





Xəbər lenti