“Azəravtoyol” ittihamlara cavab verdi

“Azəravtoyol” ittihamlara cavab verdi
  09 Oktyabr 2017    Oxunub:2825
"Azəravtoyol" ASC son günlər sosial şəbəkələrdə və xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur:

"Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər hansı bir işin aparılmasının zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır.

İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür. Xahiş edirik nəzərə alasınız”.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti