Əliyev-Putin-Ruhani görüşü dəqiqləşdi - Kreml vaxtı açıqladı

Əliyev-Putin-Ruhani görüşü dəqiqləşdi - Kreml vaxtı açıqladı
  12 Oktyabr 2017    Oxunub:2529
Rusiya prezidenti Vladimir Putin noyabrın 1-də İrana səfər edəcək.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentin səfəri üçün hazırlıq işləri aparılır”, - deyə Peskov vurğulayıb.

Qeyd edilib ki, Rusiya prezidenti Tehrana səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani ilə görüş keçirəcək. Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Ümumilikdə isə prezidentlərin Tehran görüşü noyabr ayının 1-də baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İlham-Əliyev   Ruhani   Putin  





Xəbər lenti