Təhsil naziri Cocuq Mərcanlıda - Fotolar

Təhsil naziri Cocuq Mərcanlıda - Fotolar
  16 Oktyabr 2017    Oxunub:4091
Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə M.Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

Daha sonra nazir şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb. M.Cabbarov məktəbdə yaradılan şəraitlə tanış olub.



Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərslərinin “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan nazir bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. M.Cabbarov işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların təlim və tədris prosesində rahat iştirakının burada dinc və firavan həyatın təmin edilməsinin bariz nümunəsi olduğunu bildirib.



Təhsil Nazirliyi adından məktəbə elektron lövhə və digər hədiyyələr təqdim edilib. Müəllim və şagird kollektivi ilə birgə xatirə şəkli çəkdirilib.



Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikilib. Məktəbdə 60-dək şagirdin təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur. Təhsil müəssisəsi lazımi avadanlıq, istilik sistemi və internetlə təchiz edilib.



AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov   Cocuq-Mərcanlı  





Xəbər lenti