İlham Əliyev Qırğızıstanın yeni prezidentini təbrik edib

İlham Əliyev Qırğızıstanın yeni prezidentini təbrik edib
  17 Oktyabr 2017    Oxunub:1813
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir:
-Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qırğızıstan  





Xəbər lenti