Qida məhsullarının təhlükəsizliyinə nəzarət gücləndirilir

  19 Oktyabr 2017    Oxunub : 648
Qida məhsullarının təhlükəsizliyinə nəzarət gücləndirilir

Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AzVision.az-ın məlumatına görə, iclasda komitə sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna yeni maddə əlavə edilib:

“Elə sahələr var ki, iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə də qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizlik qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”.

Millət vəkili Vahid Əhmədov deyib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən qida məhsullarının təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi: “Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan yox”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Vahid-Əhmədov