Müsavat yürüş keçirməkdən imtina etdi

  19 Oktyabr 2017    Oxunub : 695
Müsavat yürüş keçirməkdən imtina etdi

Müsavat Partiyası Bakıda oktyabrın 21-də yürüş keçirməkdən imtina edib.

Bu barədə AzVision.az-a partiyanın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin edərək, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, partiyanın həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Müsavat