Müsəlmanlara qarşı dəhşətli terror - 70 ölü, 55 yaralı (Yenilənib)

Müsəlmanlara qarşı dəhşətli terror - 70 ölü, 55 yaralı (Yenilənib)
  21 Oktyabr 2017    Oxunub:12330
Əfqanıstanda iki məscidin partladılması nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, terror aktları zamanı həmçinin 55 nəfər yaralanıb.


**

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda ölənlərin sayı 59-a çatıb, 55 nəfər yaralanıb.

Məlumata görə, birinci partlayışı Kabil şəhərində şiələrə məxsus İmam Zaman məscidində axşam namazı vaxtı terrorçu-kamikadze törədib. Partlayışdan sonra məsciddəki insanlar atəşə tutulub. Həlak olanlar arasında qadınlar və uşaqlar var. İkinci partlayışın da terrorçu-kamikadze tərəfindən Qur vilayətindəki məsciddə törədilib.

Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

***
(19:58)

Əfqanıstanın paytaxtı Kabil şəhərində şiələrə məxsus məsciddə partlayış baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, məscidə daxil olan terrorçu-kamikadze özünü partladıb.

Hadisə nəticəsində azı 30 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

AzVision.az


Teqlər: Kabil   Məscid  





Xəbər lenti