Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq
  23 Oktyabr 2017    Oxunub:1475
Sabah oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-13° isti, gündüz 17-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti