Avropa Məhkəməsi köçkünlərin qayıtmaq hüququnu təsdiq edib - Məmmədyarov

Avropa Məhkəməsi köçkünlərin qayıtmaq hüququnu təsdiq edib - Məmmədyarov
  24 Oktyabr 2017    Oxunub:1816
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

"Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola bilər və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər" - Məmmədyarov deyib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti