Rusiya XİN Əliyev-Sarkisyan görüşü haqda: “Vəziyyət o qədər də asan deyil”

Rusiya XİN Əliyev-Sarkisyan görüşü haqda: “Vəziyyət o qədər də asan deyil”
  26 Oktyabr 2017    Oxunub:2679
Rəsmi Moskva Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini aktivləşdirməyə hazır olmalarını alqışlayır.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünün nəticələrini şərh edərkən bildirib.

Zaxarova qeyd edib ki, rəsmi Moskva nizamlanma məsələsi və vəziyyətin sabitləşməsi üçün görülə biləcək tədbirlərin müzakirəsi üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayan ATƏT-in Minsk qrupunun həmsədrlərini dəstəkləyir.

Rusiya XİN nümayəndəsi eyni zamanda münaqişə zonasında vəziyyətin asan olmamasına görə təəssüfləndiyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN  





Xəbər lenti