Prezidentin köməkçisi “Euronews”u tənqid etdi

Prezidentin köməkçisi “Euronews”u tənqid etdi
  26 Oktyabr 2017    Oxunub:2017
“Euronews” bir neçə gün bundan əvvəl Myanmada baş verən hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu çox yaxşıdır və düzdür.”
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün “Facebook" səhifəsində yazıb.

“Amma Avropada özlərini ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən kanal Azərbaycanda 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun belə fikir söyləməyib” - N. Məmmədov qeyd edib.

AzVision.az



Teqlər: Novruz-Məmmədov  





Xəbər lenti