İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib
  26 Oktyabr 2017    Oxunub:1179
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıb.


AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti