Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına gedir

Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına gedir
  28 Oktyabr 2017    Oxunub:1754
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari ilin 28 oktyabr-3 noyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaq.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqflər, Dəvət və İrşad naziri cənab Saleh bin Əbdüləziz bin Məhəmməd Al əş-Şeyxin dəvəti ilə baş tutacaq səfərin məqsədi iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqflər, Dəvət və İrşad naziri, Həcc naziri, eyni zamanda, Ümumdünya İslam Gənclər Assambleyası, Müsəlman Dünyası Liqası və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə yüksək səviyyəli görüşlərin keçirilməsi, bir sıra vəqf və mərkəzlərin ziyarət edilməsi planlaşdırılır.

Görüşlərdə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, bu il çərçivəsində görülən işlər, dünyada İslamın müsbət imicinin formalaşdırılması, həmçinin, Azərbaycanda mövcud olan nümunəvi tolerant və multikultural mühit modelinin İslam ölkələri tərəfindən öyrənilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

AzVision.az


Teqlər: Mübariz-Qurbanlı  





Xəbər lenti