Qazaxıstanın Baş naziri də Bakıya gəlib

Qazaxıstanın Baş naziri də Bakıya gəlib
  30 Oktyabr 2017    Oxunub:2040
Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər: Qazaxıstan   Baş-nazir  





Xəbər lenti