Tağı Əhmədovun 3 milyonu qaytarılmayacaq

Tağı Əhmədovun 3 milyonu qaytarılmayacaq
  31 Oktyabr 2017    Oxunub:2880
Bu gün MTN-nin sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, məhkəmə qarşısına çıxarılan təqsirləndirilən şəxslərdən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il , Akif Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Prosesdə “Bakı Metropoliten"in sabiq rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası ilə bağlı qərar elan edilib. T.Əhmədovun mülki iddiası baxılmamış saxlanılıb.

Qeyd edək ki, T.Əhmədov cinayət işində zərərçəkmiş qismində tanınıb. O, məhkəmədə 3 milyon manatlıq mülki iddia qaldırmışdı.

AzVision.az


Teqlər: Tağı-Əhmədov  





Xəbər lenti