Gələn il Bakıya 30 “Stadler” vaqonu gətiriləcək

Gələn il Bakıya 30 “Stadler” vaqonu gətiriləcək
  31 Oktyabr 2017    Oxunub:1748
Ötən gün istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə sərnişin daşınmasına 2018-ci ildən başlanılacaq.
Bu barədə AzVision.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

QSC rəsmisi qeyd edib ki, bunun üçün artıq 30 “Stadler” vaqonunun yataq tipli forması sifariş verilib.

“Gələn il həmin vaqonlar Bakıya gətiriləcək. Onların neçəsinin xəttə buraxılacağı bəlli deyil. Həmçinin Bakı-Tiblisi-Qars dəmir yolu üzrə biletin qiyməti də müəyyənləşdirilməyib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: ADY  





Xəbər lenti