İlham Əliyev İranda səfərdədir - Fotolar

İlham Əliyev İranda səfərdədir - Fotolar
  01 Noyabr 2017    Oxunub:2174
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri başlayıb.
AzVision.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Tehranın Mehrabad hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.



Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar. Prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə iştirak edəcək.





İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti