Putin artıq İrandadır: Əvvəl Ruhani ilə, sonra Əliyevlə görüşəcək

Putin artıq İrandadır: Əvvəl Ruhani ilə, sonra Əliyevlə görüşəcək
  01 Noyabr 2017    Oxunub:1775
Rusiya prezidenti Vladimir Putinin İran İslam Respublikasına səfəri başlayıb.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, öncə Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
Daha sonra iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçiriləcək. Axşam isə Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli görüş keçirəcək.

Günün sonunda isə Putinin Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşü olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Putin  





Xəbər lenti