Məmmədyarov Moskvaya gedir: “Erməni həmkarımla görüşə hazıram”

Məmmədyarov Moskvaya gedir: “Erməni həmkarımla görüşə hazıram”
  02 Noyabr 2017    Oxunub:2032
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Monteneqronun XİN rəhbəri Sercan Darmanoviçlə görüşü zamanı bildirib.
"Bu məsələni Tehranda olarkən Rusiya xarici işlər naziri Sergey Lavrovla hansı təkliflərin olduğunu müzakirə etdik. Mən həmsədrlərlə Moskvada görüşə razılıq verdim. Noyabrın 16-ı saat 11-də həmsədrlərlə görüşəcəm. Bildiyiniz kimi bundan bir qədər əvvəl Ermənistan prezidenti Serj Sarkisyan və Edvard Nalbandyan Moskvada olacaqlar. Mən erməni həmkarımla görüşməyə hazıram. Lakin bunun üçün qarşı tərəfin də razılığı lazımdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti