Yaqub Eyyubov Daşkənddə Medvedevlə bir arada

Yaqub Eyyubov Daşkənddə Medvedevlə bir arada
  03 Noyabr 2017    Oxunub:2818
Özbəkistanın paytaxtı Daşkənddə MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçirilir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclasda Rusiyanın baş nazir Dmitri Medvedev də iştirak edir.
Görüş mətbuata qapalı şəraitdə keçirilir. Ukrayna tərəfi isə iclasa öz nümayəndəsini göndərməyib.

Qeyd edək ki, Azərbaycanı görüşdə baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Yaqub-Eyyubov  





Xəbər lenti