Fransaya viza almaq istəyənlərin nəzərinə! - Qaydalar dəyişdi

  06 Noyabr 2017    Oxunub : 611
Fransaya viza almaq istəyənlərin nəzərinə! - Qaydalar dəyişdi

Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən TLS Contact şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq. Bu şirkət Bakıda «Globus Center»-də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək.

Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :

•görüşlərin alınması,
•viza ilə bağlı sualların cavablandırılması
•fransız vizası mərkəzində əhalinin qəbulu
•viza müraciətlərinin qəbulu
•barmaq izlərinin alınması
•xidmət xərclərinin yığılması (standart qiymət 26 avro) və viza xərclərinin yığılması
•pasportların geri qaytarılması


Bu sistemə keçid təqvimi aşağıdakı kimidir:

1/ Səfirliyin viza şöbəsilə görüşün alınması cümə axşamı, 2 noyabr tarixi daxil olmaqla:

TLS Contact vasitəsilə olacaq və bu şirkətin website və cağrı mərkəzləri yeni sistəmə keçənə kimi aktiv qalacaqdır. Viza üçün müraciət edənlərə pasportlarını, 6 noyabrdan əvvəl, TLS Contact şirkətindən geri almaları məsləhət görülür.

2/ 3 və 6 noyabr tarixləri üçün görüşlər verilməyəcək

3/ Fransız vizasının yeni mərkəzində görüşün alınması çərşənbə axşamı, 7 noyabr tarixindən etibarən
CAPAGO şirkəti vasitəsilə veriləcək və onun internet ünvanı və çağrı mərkəzi 31 oktyabr tarixindən etibarən aktiv olacaq.

CAPAGO internet ünvanı : https://fr-az.capago.eu/
E-mail : [email protected]
Telefon nömrəsi : 012 310 0710

Beləliklə, viza üçün müraciət edənlərin heç biri bundan sonra, yəni, 3 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla). İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza istəyənlər də CAPAGO şirkətinin fransız vizası mərkəzinə müraciət edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Fransa