“Neftin qiymətini niyə artırırıq?” - YAP-çı deputat etirazını bildirdi

  07 Noyabr 2017    Oxunub : 1838
“Neftin qiymətini niyə artırırıq?” - YAP-çı deputat etirazını bildirdi

“Dünyada baş verən müxtəlif dəyişikliyə baxmayaraq, Azərbaycanda inkişaf stabildir. Müxtəlif sahələrin tərifi ilə yanaşı təkliflər verilməlidir ki, gələcəkdə hansı sahələrin inkişaf etdirilməsini müəyyən edək”.

AzVision.az xəbər verir ki, bunu parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri xatırladıb ki, prezident iqtisadiyyatın və sosial sahənin inkişafı ilə bağlı 1500-dən çox fərman və sərəncam imzalayıb. O, qeyd edib ki, büdcə strukturunun forması müasirləşdirilməlidir:

“Bizim büdcəmiz sosializmdən fərqlənməlidir. Yeni dəyərlər əsasında qurulmalıdır. Büdcə Marksın və digərlərinin nəzəriyyələri ilə deyil, siyasi nəzəriyyələr ilə formalaşdırılır. Götürək, neftin qiymətini, biz bunu 25, sonra da artırdıq 40 ABŞ dolları müəyyən etmişdik. İndi də 45 dollardan hesablanır. 2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin daha az götürülməsi məqsədəuyğundur. Neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır. Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təəsərrüfatı Nairliyindən deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artırırıq? Əksinə aşağı salmaqla o sahələri inkişaf etdirə bilərik. Bilmirik ki, siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək. Neftin qiyməti siyasətlə bağlıdır”.

S.Novruzov əlavə edib ki, yenidən yığışıb neftin büdcədə qiymətini endirib-qaldırmaq əvəzinə, indi büdcədə neftin qiymətini 25-30 dollar müəyyən edə bilərik: “Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Əgər keçən il, bir il əvvəli götürsək görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişafı ortaya çıxdı, hazırda yüksək templə işlər gedirsə, Dövlət Neft Fonduna pul yığılan kimi niyə büdcəyə yığmalıyıq ki, bunu da biri sağa, bir sola xərcləsin".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Siyavuş-Novruzov