Parlamentdə büdcə müzakirələri davam edir

Parlamentdə büdcə müzakirələri davam edir
  08 Noyabr 2017    Oxunub:1369
Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi davam edir.
AzVision.az xəbər verir ki, bu gün büdcə zərfinə daxil olan qanun layihələri 5 komitənin - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sədrlik etdiyi müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da iştirak edir.

Qeyd edək ki, Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti