Ağdamda Ermənistan istehsalı olan mina tapılıb - FOTO

Ağdamda Ermənistan istehsalı olan mina tapılıb - FOTO
  11 Noyabr 2017    Oxunub:1870
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam rayonu, Əfətli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 2015-ci il Ermənistan respublikası istehsalı olan piyada əleyhinə mina (PMN-G) aşkar edilib, daşınması mümkün olmadığına görə 11 noyabr 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş minanın ətrafında 12 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.







AzVision.az


Teqlər: ANAMA   Ağdam  





Xəbər lenti