Deputat pulun azlığından gileyləndi: “100 min manat bəs eləmir”

Deputat pulun azlığından gileyləndi: “100 min manat bəs eləmir”
  13 Noyabr 2017    Oxunub:2736
“2018-ci ildə neftin qiyməti 45 dollardan hesablanacaq. Neftin qiyməti 65 dollar olduğu halda, niyə belə olmalıdır. Biz bundan qorxmamalıyıq. Beynəlxalq təşkilatların əksəriyyəti neftin qiymətini 50 dollardan hesablayırlar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli deyib. Deputat bildirib ki,neftin qiymətinə uyğun bir sıra sahələrə ayrılan vəsaitlər artırılmalıdır.

T.Kərimli Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bir nümayəndəsi Milli Məclisdə təmsil olunan siyasi partiyaya il ərzində 100 minə yaxın vəsait ayrılır. Bu da aya, təxminən, 8 min manat edir. Siyasi partiyaların hər rayonda şöbələri fəaliyyət göstərməlidir, indi siz deyin, bu vəsait onların saxlanılmasına yetərmi?”.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Milli-Məclis   Büdcə   Tahir-Kərimli  





Xəbər lenti