İşsizlərlə bağlı qanun plenar iclasa tövsiyə olundu

İşsizlərlə bağlı qanun plenar iclasa tövsiyə olundu
  15 Noyabr 2017    Oxunub:1234
Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, müzakirələrdə komitə sədri Hadı Rəcəbli, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edib.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti