Məmmədyarov Qarabağ barədə braziliyalı naziri məlumatlandırıb

Məmmədyarov Qarabağ barədə braziliyalı naziri məlumatlandırıb
  15 Noyabr 2017    Oxunub:1375
Azərbaycanla Braziliya arasında əlaqələri dərinləşdirmək planlarımız var.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla braziliyalı həmkarı Alouzio Nunyes Ferreira ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir bildirib ki, siyasi baxımdan Azərbaycan və Braziliya arasında əlaqələ yüksək səviyyədədir.

“Lakin iqtisadi baxımdan əməkdaşlıq zəifdir. Çünki bu ilin altı ayı ərzində ölkələrimiz arasında ticarət dövrüyyəsinin həcmi 160 milyon dollar həcmində olub. Biz bu rəqəmi artırmaq niyyətindəyik. Mən naziri Dağlıq Qarabağ münaqişəsindəki son durum barədə məlumatlandırdım. Çünki Qarabağla BMT qətnamələri qəbul olunarkən Braziliya BMT Təhülkəsizlik Şurasının üzvü idi və bu qətnamələr hələ də yerinə yetirilmir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Braziliya   XİN  





Xəbər lenti