Sumqayıtda nə baş verib? - Polisdən açıqlama

Sumqayıtda nə baş verib? - Polisdən açıqlama
  16 Noyabr 2017    Oxunub:4589
Sumqayıt polisi sərnişin avtobusunun atəşə tutulması barədə yayılan məlumatlara münasibət bildirib.
Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"7 saylı sərnişin avtobusuna daş atılıb, avtobusun şüşələri sınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Qeyd edək, bundan əvvəl şəhərin 17-ci mikrorayonu ərazisində, "Xarı Bülbül" restoranının yaxınlığında 7 saylı marşrut xətti üzrə hərəkət edən 2 avtobusa atəş açılması barədə məlumatlar yayılmışdı.

AzVision.az


Teqlər: DİN   Sumqayıt  





Xəbər lenti