Bu məlumatı yayan vəzifəli şəxslər cərimələnəcək

Bu məlumatı yayan vəzifəli şəxslər cərimələnəcək
  16 Noyabr 2017    Oxunub:1369
Azərbaycanda yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.
AzVision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddə əlavə edilir.

Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti