“Putin Ermənistana təzyiq etmək istəmir” - Rasim Musabəyov

“Putin Ermənistana təzyiq etmək istəmir” - Rasim Musabəyov
  17 Noyabr 2017    Oxunub:1527
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid etmir.
Ərdoğan bu barədə türkiyəli jurnalistlərə açıqlamasında deyib: “Cənab Putinlə Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır”.

Ərdoğanın çıxışını AzVision.az-a şərh edən millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, bu mövqe Rusiyanın Ermənistana təzyiq etmək istəmədiyi anlamına gəlir: “Ermənilərin inadkarlığı Rusiyadan qidalanır. Vladimir Putinin mövqeyi o anlama gəlir ki, Rusiya erməniləri ağıllandırmaq üçün təzyiq etmək istəmir”.

Millət vəkili vəziyyətdən iki çıxış yolunun olduğunu bildirib: “Ya biz bu vəziyyətlə barışmalıyıq, ya da ruslar görməlidirlər ki, Azərbaycan Ermənistanı əzməyə qadirdir. Münaqişənin həll olunmaması Rusiyaya baha başa gəlməlidir”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Ərdoğan   Putin   Qarabağ  





Xəbər lenti