ABŞ erməniləri ölkəyə buraxmır: Müraciətlərə rədd cavabı verildi

  18 Noyabr 2017    Oxunub : 1962
ABŞ erməniləri ölkəyə buraxmır: Müraciətlərə rədd cavabı verildi

ABŞ Dövlət Departamenti 2017-ci il üzrə xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı statistika açıqlayıb.

AzVision.az Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, viza almaq üçün müraciət edən Ermənistan vətəndaşlarının yarıdan çoxuna (51,87%) rədd cavabı verilib.

Viza müraciətlərindən imtina edilən ölkələrin siyahısı: Mikroneziya Federativ Ştatları və Qərbi Saxara (100%), Kuba (77,17%), Burkino-Faso (75,74%), Əfqanıstan (72,14%), Gürcüstan (61,09%) Banqladeş (60,88%), Əlcəzair (43,96%), Albaniya (40,45%),

Maraqlıdır ki, Dövlət Departamenti viza üçün müraciət edən Andorra, Lixtenşteyn, Monako və San-Marinodan daxil olan müraciətlərin hamısını müsbət cavablandırıb.

Qonaq vizası üçün müraciət edən Azərbaycan vətəndaşlarının isə 27,63%-nə "yox" cavabı verilib. Bu göstərici Türkiyədə 17,86%, Rusiyada 11,61%, İranda 58,66%, Gürcüstanda isə 61,09%-dir.

Qeyd edək ki, "Viza-B" işgüzar və turistik məqsədlər üçün müvəqqəti olaraq ABŞ-a getmək hüquq verir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ABŞ   Ermənistan   Viza