Daha bir marşrutun istiqaməti dəyişib

Daha bir marşrutun istiqaməti dəyişib
  21 Noyabr 2017    Oxunub:1176
Bakıda 31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək:

“Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.

Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

AzVision.az


Teqlər: BNA  





Xəbər lenti