Nazir əmək pensiyalarının artırılacağını bəyan etdi

Nazir əmək pensiyalarının artırılacağını bəyan etdi
  22 Noyabr 2017    Oxunub:2127
“Bu ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb, ən azı cari il səviyyəsində saxlanılıb, bəzi sahələrdə artırılıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək və bu zaman müəyyən artımların olması nəzərdə tutulub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ƏƏSMN   Pensiya   Milli-Məclis  





Xəbər lenti