İlham Əliyev Tərtərdə səfərdədir - Yenilənib (FOTOLAR)

İlham Əliyev Tərtərdə səfərdədir - Yenilənib (FOTOLAR)
  28 Noyabr 2017    Oxunub:4973
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfər edib.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.



Ölkə başçısı səfər zamanı Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.



Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilb.





AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Tərtər   Səfər  





Xəbər lenti