Pakistan XİN: “Qarabağ məsələsində Azərbaycanla mövqeyimiz eynidir”

  30 Noyabr 2017    Oxunub : 1019
Pakistan XİN: “Qarabağ məsələsində Azərbaycanla mövqeyimiz eynidir”

“Bakıda nazirlərlə keçirilən görüşdə xüsusilə müdafiə sektorunda əməkdaşlıq məsələlərini müzakirə etdik. Təəssüflər olsun ki, ölkələrimiz arasında ticarət dövriyyəsi o qədər də yüksək səviyyədə deyil”

AzVision.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif Bakıda nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Pakistanlı nazir Qarabağ məsələsində Azərbaycanla mövqelərinin eyni olduğunu vurğulayıb.

“Təəssüflər olsun ki, İslamabad və Bakı arasında birbaşa təyyarə reysi yoxdur. Bu da iki ölkə arasında münasibətlərin inkişafına mane olur. Ümid edirəm ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq. Mənə verilən məlumata görə, son illər Pakistandan Azərbaycana gələn turistlərin sayında artım var. Paytaxtlar arasında birbaşa reys olduqdan sonra bu rəqəmlərin artacağına ümid edirik.

Qarabağ, Kəşmir, Şimali Kipr problemləri üzrə hər üç ölkənin mövqeyi eynidir və biz bu münaqişələrin hər bir ölkənin maraqları çərçivəsində həllinin tərəfdarıyıq. Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq təşkilatlarda daima bir-birini dəstəkləyir və tərəflər arasında heç bir fikir ayrılığı yoxdur”, - deyə Pakistanımn XİN rəhbəri vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   Pakistan   Qarabağ