Qubada 32 bina təmir olunacaq

Qubada 32 bina təmir olunacaq
  07 Dekabr 2017    Oxunub:1475
Prezident İlham Əliyev dekabrın 7-də Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

AzVision.az




Teqlər: Quba   İlham-Əliyev  





Xəbər lenti