Sumqayıtda faciə: 3 nəfər qəzada öldü

Sumqayıtda faciə: 3 nəfər qəzada öldü
  08 Dekabr 2017    Oxunub:1843
Sumqayıtda ağır yol qəzası baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət allb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Sumqayıt   Qəza  





Xəbər lenti