Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir
  25 Dekabr 2017    Oxunub:1817
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, əziz dostum. İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə həyatınızın bütün sahələrində şəxsi rifah, xoşbəxtlik və tərəqqi arzulayıram.

Sizi tanımağımdan, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini inkişaf etdirmək istiqamətində Sizinlə işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da intensiv şəkildə davam etməsini arzulayıram. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Bundan başqa Moldova Respublikasının Baş naziri Pavel Filip, Fransa Milli Assambleyasının keçmiş üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova, Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov, Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov, Moldova Demokratik Partiyasının sədri Vlad Plaxotnyuk, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan, Baş direktorun birinci müavini Mixail Qusman, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostin, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanov, “SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili,Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirov,“Belçika Azərbaycan Evi”nin sədri Bülənt Gürçam, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti