Hərbi liseydə müşavirə keçirilib

Hərbi liseydə müşavirə keçirilib
  28 Dekabr 2017    Oxunub:1191
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “2017-ci ilin yekunları və müdafiə nazirinin geniş kollegiya iclasında qarşıya qoyduğu tapşırıqlar” mövzusunda müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hərbi məktəbin cari ildə fəaliyyəti haqqında məruzə ilə çıxış edən liseyin rəisi nazir general-polkovnik Zakir Həsənovun 2017-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında 2018-ci tədris ili üçün qoyduğu tapşırıq və tövsiyyələri şəxsi heyətin diqqətinə çatdırıb.

Sonda müdafiə nazirinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki və hərbi liseyin şəxsi heyətinin mükafatlandırılması haqqında əmri şəxsi heyətə çatdırılıb.

Tədbirdə bir qrup hərbi qulluqçu və mülki işçilərə xidmətdə, tədrisdə qazandıqları nailiyyətlərə görə mükafatlar təqdim olunub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   lisey  





Xəbər lenti