206 min tondan çox pambıq yığılıb

206 min tondan çox pambıq yığılıb
  28 Dekabr 2017    Oxunub:1696
Dekabrın 28-dək ölkə üzrə qəbul məntəqələrinə 206 min 351 ton pambıq təhvil verilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ötən gün 232 ton pambıq tədarük olunub.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 116 min ton çoxdur.

Aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması, dövlətin hərtərəfli dəstəyi artıq öz bəhrəsini verməkdədir. Yanacaq və motor yağlarına görə subsidiya verilməsi, istehsalçılara mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə satılması, seleksiya və elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluğun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına stimul yaradır. Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti