Rusiyadan Ermənistana gedən avtobus qəzaya düşdü – Ölənlər var

Rusiyadan Ermənistana gedən avtobus qəzaya düşdü – Ölənlər var
  31 Dekabr 2017    Oxunub:2150
Tbilisidə Rusiyadan Ermənistana gedən avtobus minik avtomobili ilə toqquşub, hadisə nəticəsində 5 nəfər həlak olub.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə "Mercedes Neoplan" markalı avtobusla "Lada" markalı minik avtomobili Tbilisidəki Quru körpüdə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü və 4 sərnişini ölüb.

Faktla bağlı araşdırmalar aparılır.
AzVision.az



Teqlər: Ermənistan   irəvan  





Xəbər lenti