Yağış yağacaq, külək əsəcək - Sabahın havası

  02 Yanvar 2018    Oxunub : 621
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
Azərbaycanda yanvarın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzən güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusarda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, LənkəranAstarada hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti təşkil edəcək.

AzVision.az

Teqlər: hava   külək